0
Thursday 23 March 2023 - 21:42

Qərb Qarabağda peyda olan kimi... - Zaxarova

Story Code : 1048338
Qərb Qarabağda peyda olan kimi... - Zaxarova
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsində sülh prosesinə alternativ yoxdur:

“Sülh prosesinin alternativi yoxdur. Bununla bağlı mövqeyimizi bir daha təsdiq edəcəyik. Biz tərəfləri bəyanatlarında və hərəkətlərində təmkinli olmağa, həmçinin Ermənistan-Azərbaycan nizamlanmasının bütün yolları üzrə danışıqları bərpa etməyə çağırırıq. Qərb Cənubi Qafqazda peyda olan kimi dərhal genişmiqyaslı problemlər ortaya çıxdı. Sülh və kömək istəyi ilə bağlı bütün sözlərin arxasında Rusiya, real vəziyyətdə Qərbin bəyanatlarının əksini görür”.