APA xəbər verir ki, bubarədə Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində bildirib.
“Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrində ciddi sursat çatışmazlığı yaşanır.
O əlavə edib ki, Rusiya ilə sülh danışıqları üçün şərait formalaşmayıb.