0
Saturday 27 May 2023 - 10:06

ABŞ İranın hər gün daha da güclənməsindən təşvişə düşüb!

Story Code : 1060383
ABŞ İranın hər gün daha da güclənməsindən təşvişə düşüb!
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller iddia edib ki, İranın ballistik raketlərinin inkişafı və yayılması regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır.

Metyu Miller bildirib ki, Amerika İranın ballistik raket proqramının inkişaf etdirilməsinə qarşıdır.

Qeyd edək ki, bu günədək kütləvi qırğın silahı olan nüvə bombasından istifadə etmiş yeganə ölkə olan Amerika daim digər ölkələri təhlükə adlandıraraq, öz cinayətlərini ikinci plana atmaq istəyir. Amerika Yaponiyada Hiroşima və Naqasakidə nüvə bombası ilə qorxunc faciələrə səbəb olduqdan sonra, Vyetnam, Əfqanıstan, İraq kimi ölkələrə hücum edərək, bu ölkələrdə də minlərlə dinc sakini qətliam edib.

Amma bütün bunlara baxmayaraq, ABŞ yenə də həyasızcasına açıqlama verərək, bugünədək heç bir ölkəyə təcavüz etməyən İranı təhlükə adlandırır.

Qeyd edək ki, İran İslam Respublikası raket sənayesindəki böyük uğurlarının davamında 25 may tarixində "Xeybər" ballistik raketini sınaqdan keçirərək, ABŞ və İsrail kimi ölkələrdə təşvişə səbəb olub.