0
Saturday 15 October 2011 - 02:35

"Wall Street"dəki aksiyalar haradan başladı?

Story Code : 106328
"Wall Street"dəki aksiyalar haradan başladı?
"Wall Street"dəki aksiyalar haradan başladı?
“PressTV”-nin Amerika bölməsinin verdiyi məlumata əsasən, 2010-cu ilin sonlarında başlayan aksiyalar artıq Amerikanın 100-dən artıq böyük şəhərini bürüyüb. Aksiyalar 2010-cu il 3 noyabrda Respublikaçıların bir ştatda parlamentdə qələbəsindən sonra start götürüb. Həmin vaxt fəhlə
həmkarlar təşkilatlarına qarşı dövlət səviyyəsində layihələr hazırlanırdı. Həmkarlar təşkilatlarının büdcəsinə qarşı layihə verilən zaman etiraz nümayişləri başladı. Bir neçə həftə ərzində təkcə Medison ştatından yüzlərlə fəhlə bu aksiyaya qatıldı.

Elə həmin il yanvar ayının sonlarında
Viskansi ştatının böyük şəhərlərində işsizlik zirvə həddə çatdı. İşsizliyin artımı bütün böyük şəhərlərdə gərginliyə səbəb oldu. Artıq hadisələr Maykl Murun “təbəqələr savaşı” adlı sənədli filmində öz əksini tapdı. 17 fevralda Medisonda 25 min aksiyaçı qanun
layihəsinə etiraz nümayişi keçirdi. Nümayişlər nəticəsində müəssisələrdə iş prosesi iflic oldu. Nümayişlər Kolumbus və Ohayo ştatlarına da sirayət etdi.

17 sentyabrda Nyu-Yorkda bütün təbəqələrdən olan qadın və kişilər "Wall Street-i ələ keçir" adı altında dinc aksiyalara
başladılar. Amerikanın 99 %-i aksiyalara dəstək verdi. Bu nümayişlər 1 faiz milyarderə qarşı yönəlmişdi.

Bir çox mütəxəssislər, o cümlədən Norman Stakul bildirirlər ki, Street nümayişləri Viskansi hadisələrindən qaynaqlandı və hazırda bütün dünyada çaxnaşma yaratmaqdadır.
Comment