0
Wednesday 14 June 2023 - 13:27

Rəisi: Tehran-Karakas əlaqələri strateji əlaqələrdir

Story Code : 1063857
Rəisi: Tehran-Karakas əlaqələri strateji əlaqələrdir
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti bazar ertəsi yerli vaxtla Karakasda venesuelalı həmkarı ilə birgə mətbuat konfransında Venesuela xalqının imperializmə qarşı müqavimət illərini alqışlayıb və Venesuelanın milli qəhrəmanlarını ehtiramla yad edib və deyib: "İran və Venesuela iqtisadi sahədə ortaq maraqlara və müstəqillik, azadlıq və ədalət axtarışında ortaq baxışlara malikdir. Hansı ki, bu iki ölkənin xalqını bir araya gətirib.
Prezident Rəisi, həmçinin İran və Venesuela xalqlarının bizim müstəqil yaşamamızı istəməyən ortaq düşmənlərinin olduğunu da xatırladıb və əlavə edib: "İran xalqı ötən illər ərzində Venesuela xalqı ilə dostluğunu sübut edib və həmişə onların çətin günlərinin dostu olduğunu nümayiş etdirib".
O, İran və Venesuela əlaqələrinin adi diplomatik əlaqələr deyil, daha çox strateji əlaqələr olduğuna işarə edərək deyib: "Ortaq maraqların, baxışların və düşmənlərin mövcudluğu ikitərəfli əməkdaşlığı dərin və strateji xarakterli edib".
İran prezidenti ötən illərdə İran və Venesuelanın iqtisadi, ticarət, enerji, texniki və mühəndislik sahələrində əlaqələrin inkişaf etdirilməsi istiqamətində yaxşı addımlar atdıqlarını bildirib və iki ölkənin bu gün müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduqlarını qeyd edib.
Rəisi qeyd edib ki, İran İslam Respublikası İslam İnqilabının bərəkəti, şəhidlərin pak qanı və İran xalqının müqaviməti sayəsində təzyiq və embarqoları fürsətə çevirə bildi və bu yol ilə müxtəlif qabiliyyətlər əldə etdi və onları Venesuelanın müqavimətli xalqı ilə bölüşməyə hazırdır.
O, venesuelalı həmkarı ilə danışıqları iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün faydalı və konstruktiv adlandırıb və deyib: "Danışıqlarda tərəflər təsdiq etdilər ki, münasibətlərin inkişafı istiqamətində görülən tədbirlərə baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirmək üçün hələ çox potensial var".
İki ölkə arasında ticarət həcminin 2021-ci ildə 600 milyon dollardan 3 milyard dollara yüksəlməsinə toxunan Raisi əlavə edib ki, ticarət mübadiləsinin həcmi birinci mərhələdə 10 milyard dollara, ikinci mərhələdə isə 20 milyard dollara çatdırıla bilər.
İran prezidenti iki ölkə arasında sənaye, mədən, kənd təsərrüfatı, enerji, elm və texnologiya sahələrində 19 əməkdaşlıq sənədinin imzalanmasını iki tərəfin ikitərəfli əlaqələrin genişləndirilməsi iradəsinin ifadəsi kimi qiymətləndirib.
İran prezidenti bazar ertəsi günortadan sonra yüksək səviyyəli siyasi və iqtisadi heyətin başında Venesuelanın paytaxtı Karakasa gəlib.
 
Source : Sahartv
Comment