0
Tuesday 20 June 2023 - 08:18

İran sionist rejimin Ceninə vəhşi basqını şiddətlə qınayıb

Story Code : 1064943
İran sionist rejimin Ceninə vəhşi basqını şiddətlə qınayıb
SəhərAzəri-nin məlumatına əsasən, Sözçü son aylar ərzində Təl-Əviv rejiminin İordan çayının qərb sahilində və Qəzzə zolağında cinayət əməllərini intensivləşdirməsini kəskin şəkildə pisləyib və Fələstin vətəndaşlarının, o cümlədən qadın, uşaq və qocaların qətliamını, fələstinlilərin evlərinin və mülklərinin sökülməsini “mütəşəkkil cinayətkarlıq və dövlət terrorizminin” bariz nümunəsi kimi dəyərləndirib.Kənani daha sonra BMT və dünya ölkələrinin İordan çayının qərb sahilində sionist yaşayış məntəqələrinin genişləndirilməsi ilə bağlı hərəkətsizliyini narahatedici adlandırıb.O, Qərb hökumətlərinin bu məsələ ilə bağlı susqunluğunu və hərəkətsizliyini şiddətlə tənqid edərək, beynəlxalq ictimaiyyəti və Fələstini dəstəkləyən ölkələri məzlum Fələstin xalqının hüquqlarının müdafiəsində öz hüquqi, insani və mənəvi məsuliyyətinə əməl etməyə və sionist rejimi beynəlxalq qanun və qaydaları pozan bu cinayətlərin və hərəkətlərin törədilməsinə görə cavabdeh etməyə çağırıb. 
Source : Sahartv
Comment