0
Monday 3 July 2023 - 14:40

Qəsbkar rejim Cenin şəhəri və düşərgəsinə qarşı geniş hücuma keçib

Story Code : 1067316
Qəsbkar rejim Cenin şəhəri və düşərgəsinə qarşı geniş hücuma keçib
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin səhiyyə nazirliyi məlumat verib ki, işğalçı rejim ordusunun Cenin şəhərinə qarşı aviasiya zərbələri nəticəsində azı üç fələstinli şəhid olub, on üç nəfər isə yaralanıbdır.
Xəstəxanaya yatırılmış yaralılardan üçünün vəziyyəti son dərəcə ağırdır- deyə, Fələstin səhiyyə nazirliyi qeyd edib.
Fələstin tibb mənbələri də bildiriblər ki, İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsinin mərkəzindəki bir ev/ sionist hərbçilərin aviasiya zərbələrinin hədəflərindən birinə çevrilib. Bu da/ bir fələstinlinin şəhid olması, iki fələstinlinin isə yaralanması ilə nəticələnib.
Fələstinli mənbələr qeyd ediblər ki, hərbi texnika və buldozerlərdən istifadə edən xeyli sayda işğalçı hərbçi aviasiya çətiri altında Cenin düşərgəsində hərbi əməliyyata başlayıb.
Fələstin xarici işlər nazirliyi sionist işğalçıların Cenin şəhəri və düşərgəsinə qarşı geniş hücumlarını durdurmaq üçün təcili beynəlxalq tədbirlərin görülməsini istəyib.
Ceninə hücum, İsrail rejiminin “hərbi qüvvə” fenomeninin təsbiti siyasəti çərçivəsində həyata keçirilir- deyə, Fələstin xarici işlər nazirliyi vurğulayıb.
Əlməyadin telekanalının məlumatına görə, Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyə deyib: Qərb sahilindəki bütün əhalidən Cenini və onun sakinlərini müdafiə etməsi və düşmən fitnəsini zərərsizləşdirməsini istəyirik.
Cenində axıdılan qan, bütün sahələr və istiqamətlərdə növbəti mərhələnin mahiyyətini aydınlaşdıracaq-- Həniyə əlavə edib.
Həmas hərəkatının siyasi bürosunun sədri sözlərinə belə davam edib: Xalqımız və onun müqaviməti/ olduqları hər bir nöqtədə İsrail rejiminin bu vəhşicəsinə təcavüzünü necə cavablandıracağını yaxşı bilir.
Eyni zamanda, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas bildiribdir ki, işğalçı hərbçilərin Ceninə təcavüzü uğursuz qalacaq və sionist rejimin baş naziri Benyamin Netanyahu və onun ekstremist hökuməti bu hadisələrdə məsuliyyət daşıyan əsas tərəfdirlər.
 
Source : Sahartv
Comment