0
Wednesday 20 September 2023 - 10:06

İran xalqına qarşı güc dilindən istifadə, faydalı vasitə deyil

Story Code : 1082752
İran xalqına qarşı güc dilindən istifadə, faydalı vasitə deyil
Bunu, BMT Baş Assambleyasının yetmiş səkkizinci illik sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş İran prezidenti söyləyib.
Seyid İbrahim Rəisi bazar ertəsi günü axşam Amerikanın xarici siyasət üzrə bir qrup mütəfəkkiri ilə görüşdə İran-Amerika əlaqələrinin perspektivi və nüvə anlaşması barədə verilən sualın cavabında İran İslam Respublikası tərəfindən öhdəliklərin tam şəkildə icra edilməsinə rəğmən, Amerika hökumətinin nüvə anlaşması məsələsində müahidəni pozduğu halları sadalayıb. Qeyd edibdir ki: Amerikada hökumətin dəyişməsi və yeni hökumətin öz öhdəliklərinə geri dönməyə hazır olduğunu bildirməsilə İran İslam Respublikası da yaxşı razılaşmaya hazır olduğunu bildirdi və müzakirələri ciddi şəkildə təqib etdi, amma bir müddət sonra bəlli oldu ki, qarşı tərəflər öz öhdəliklərinə sadiq deyillər.
Amerikalıların iğtişaşlar məsələsindəki hesablama yanlışlığına toxunan İran prezidenti deyibdir ki: Amerika hökuməti zahirən iranlı olan bəzi muzdlu ünsürlərin yanlış məşvərətləri, həmçinin casusluq xidmətlərinin yanlış hesablamaları nəticəsində müzakirələri tərk etməklə  iğtişaşların nəticə verməsinə ümid bəslədi, halbuki İran İslam Respublikası bu gün iri gövdəli bir ağacdır və bu titrəyişlərin onun müqavimətinə heç bir təsiri yoxdur.
İğtişaşlar planının uğursuz qalmasından sonra Amerikanın müzakirələrin bərpasına yenidən təmayül göstərməsinə işarə edən Rəisi qeyd edibdir ki, bəzi ölkələr vasitəsilə danışıqlar aparılıb və son məhbuslar mübadiləsi də onun nəticələrindən biridir.
İran prezidenti/ şəhid Süleymaninin terror edilməsini dövlət terrorizminin bariz nümunəsi adlandırıb və bu dəhşətli cinayətin amillərinin mühakimə olunmalarına təkid edib.
 
Source : SaharTV
Tagged
rəisi
Comment