0
Sunday 23 October 2011 - 00:12

Türkiyə SQ PKK-nın 32 yaraqlısını məhv edib

Story Code : 108385
Türkiyə SQ PKK-nın 32 yaraqlısını məhv edib
Türkiyə SQ PKK-nın 32 yaraqlısını məhv edib
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Hakkari vilayətində kürd separatçılarına qarşı apardığı əməliyyat zamanı 32 yaraqlı məhv edilib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Məlumata görə, əməliyyat hələ də davam edir və zərərsizləşdirilən terrorçuların sayının artacağı gözlənilir.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

PKK yaraqlılarının oktyabrın 19-na İraqla həmsərhəd Hakari vilayətində keçən gecə 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq türk ordusu cümə axşamı İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.
Comment