0
Tuesday 17 October 2023 - 14:10

Bakıda yəhudilər sionistlərin cinayətlərini dəstəkləyiblər

Story Code : 1089075
Bakıda yəhudilər sionistlərin cinayətlərini dəstəkləyiblər
Bakıda sinaqoqda işğalçı sionist rejimin cinayətləri ilə həmrəylik tədbiri sosial şəbəkələrdə ciddi mübahisələrə səbəb olub. Belə bir sual səsləndirilir ki, Yəhudilərin sionist rejimə dəstək vermək üçün sinaqoqa toplaşmaq və bunu mediada sərbəs yaymaq imkanı varsa nəyə görə 98 faizi müsəlman olan azərbaycanlıların məscidlərə toplaşaraq qəsbkar sionist rejimin müsəlman fələstinlilərə qarşı olmazın cinayətlərini pisləmək, fələstinlilərlə həmrəylik nümayiş etdirmək imkanı yoxdur?
Eyni zamanda qardaş ölkə adlandırılan, iki dövlət bir millət ifadəsi ilə qeyd olunan Türkiyədə istər dövlət istərsə də xalq tərəfindən sionistlərin cinayətlərinin pislənilməsi və fələstinlilərlə həmrəylik nümayiş etdirilməsinə diqqət yönəldilir və istifadəçilər “bir millətiksə 90 milyon türkiyəlinin tutduğu mövqeyi biz də nümayiş etdirə bilmirik? sualını gündəmə gətirirlər?
Bəzi istifadəçilər Azərbaycan Respublikasında yaşayan yəhudilərin sionist rejimə dəstək vermələri üçün belə bir müqayisə aparır ki, əgər Azərbaycandakı ermənilər Qarabağdakı separatçılara yaxud vaxtı ilə Azərbaycan Respublikası ərazilərini işğal edən Ermənistana dəstək versəydilər, yaxud Azərbaycandakı almanlar Azərbaycanın milli mənafeyinə zidd olan hallarda Almaniyaya, ruslar Rusiyaya həmrəylik nümayiş etdirsəydilər bu nə dərəcə də qəbul ediləcəkdi? Nəyə görə Azərbaycan pasportunu üstündə gəzdirən hansısa azlıq müsəlman qanı axıdan, müsəlman torpaqlarını işğal edən bir rejim ilə tam sərbəst şəkildə öz həmrəyliyini bildirməlidir? 
İstifadəçilərin fikrincə neçə min yəhudinin buna haqqı çatırsa nəyə görə 10 milyon azərbaycan müsəlmanına bu haqq verilmir? Nəyə görə müsəlman fələstin xalqının məzlumluğu və işğala qarşı müqavimətinə hərhansı dəstək Azərbaycan dövləti tərəfindən qadağandır?
Türkiyədə yüzminlərlə insanın Qəzzəyə dəsətk aksiyalarını nümunə kimi göstərən istifadəçilər azərbaycanlıların dabunun oxşarının Bakıda Gəncədə və Azərbaycanın digər şəhərlərində təkrarlanmasına tam haqqı çatdığını bildirirlər.
 
Source : SaharTV
Comment