0
Wednesday 26 October 2011 - 08:15

Türkiyədə zəlzələ qurbanlarının sayı 432-yə çatıb

Story Code : 109287
Türkiyədə zəlzələ qurbanlarının sayı 432-yə çatıb
Türkiyədə zəlzələ qurbanlarının sayı 432-yə çatıb
1300-dən çox insanın yaralandığı bildirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır. Ölənlərin sayının 1000 nəfərə çatacağı ehtimal olunur.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində də hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-in Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
Comment