0
Monday 18 December 2023 - 16:01
Genral Salaminin açıqlaması Azərbaycan mediası tərəfindən işıqlandırılıb

ABŞ və İsrail tabutlarına daha çox mismar vurur

Story Code : 1103336
ABŞ və İsrail tabutlarına daha çox mismar vurur
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Hüseyn Salaminin 17 dekabrda Tehran Universitetində qarşısında naməlum şəhidlərin son mənzilə yola salınması mərasimində dedikləri Azərbaycan mediası tərəfindən xüsusilə işıqlandırılıb.
Axar.az yazır: General Salami öz çıxışında İsrailə xəbərdarlıq edib ki, xəstəxanaların döyüş meydanına çevrilməsi nailiyyət deyil, cinayətdir:
"ABŞ və sionist İsrailin Qəzzəyə qarşı müharibəsi son nəticədə onların məğlubiyyətilə bitəcək. Bütün regionda ABŞ-a nifrət artır və Amerika rəsmiləri müsəlman ölkələrinə səfər etməyə cəsarət etmirlər”, deyə Sepah-ın baş komandanı vurğulayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı qeyd edib: “Vaşinqton son 45 ilin səhvlərini təkrarlayır və yanlış olaraq işğal yolu ilə qələbə qazana biləcəyinə inanır. Əslində Amerika, İsrail və onların müttəfiqləri keçmişin acı təcrübələrini təkrarlayırlar. Əfqanıstanın işğalı onlara qələbə gətirdimi? Onlar işğal etdikləri İraqda qala bildilərmi?”.
Salami sonda deyib: “Onlar bu torpaqları tərk etmək üçün yavaş-yavaş çantalarını yığırlar. Siz 50 milyondan çox insanın yoxsulluq həddində yaşadığı ABŞ-ın daxili problemləri ilə məşğul olmaq əvəzinə Suriya, Yəmən, İraqda pul xərclədiniz, uğursuzluqla meydanı tərk etməli oldunuz”.
 
Source : SaharTV
Comment