0
Sunday 31 December 2023 - 15:43

Sionist rejim Yəmən ordusunun qorxusundan Eylat limanını boşaltdı

Story Code : 1106073
Sionist rejim Yəmən ordusunun qorxusundan Eylat limanını boşaltdı

Məlum olduğu kimi, İsrail rejiminin Qəzzə zolağına artan hücumlarından sonra Yəmən ordusu Fələstin xalqına tam dəstək verdiyini və onunla həmrəy olduğunu bəyan edib. Bu müqavimət cəbhəsi müharibə boyunca bir neçə əməliyyatda işğal altındakı ərazilərdə yerləşən Eylat limanını dəfələrlə PUA və raketlərlə, İsrailə aid gəmiləri hədəfə alıb. Yəmən odusunun bu hücumlardan əsas məqsədi işğalçı İsrail rejiminə gedən gəmilərin Qırmızı dəniz və Babul Məndəb boğazından keçməyə icazə verməmək olub.
Misirin "Əl-Qahirə Əl-Əxbariyyə" şəbəkəsi Yəmənlilərin endirdiyi sarsıdıcı zərbələr və təkrar-təkrar xəbərdarlıqlarından sonra İsrail rejimi işğal olunmuş Fələstinin cənubundakı Eylat limanını ilk dəfə olaraq gəmilərdən boşaldığını etiraf edib.
Bununla yanaşı Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) da şənbə gecəsi Yəmənin Əl-Hədidə limanından 55 dəniz mili məsafəsində yerləşən məntəqədə hadisə baş verdiyini bildirib.
Təşkilatın verdiyi xəbərdə bildirilir ki, aildiyyatı orqanlar hadisəni araşdırır və gəmilərdən ehtiyatla hərəkət edilməsi xahiş olunub.
Qeyd edək ki, sionist rejimin Eylat limanının boşaldılması elə bir vaxta təsadüf edir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri ötən cümə günü Amerikanı bu ölkəyə qarşı hər hansı bir təcavüzə qarşı xəbərdarlıq edərək demişdi ki, Yəmən silahlı qüvvələri öz dini və milli vəzifəsi çərçivəsində özünü müdafiə və istənilən təcavüzə qarşı mübarizə aparmaq üçün əlindən gələni edəcək və bunun üçüm heç nədən çəkinməyəcəkdir.
 
 
Source : SaharTV
Tagged
yəmən İylat
Comment