İran ABŞ-dan Vaşinqtonda Səudiyyə Ərəbistanının səfirinə qarşı sui-qəsd planlamaqda ittiham etdiyi üçün rəsmi üzr istəməyi tələb edib. Buna müvafiq nota ABŞ-a İsveçrənin İrandakı səfirliyi vasitəsilə verilmişdir.
“ABŞ İran hökuməti və xalqına yalan ittihamlar irəli sürərək bütün beynəlxalq hüquq normalarını pozub. Buna görə ABŞ rəsmi üzr istəməli, maddi və mənəvi konpensassiya ödəməlidir”, - deyə səfir İranın tələbləri sırasında qeyd edib.