0
Tuesday 16 January 2024 - 15:46

SEPAH-ın antiterror əməliyyatı başladı

Story Code : 1109469
SEPAH-ın antiterror əməliyyatı başladı
İslam İnqilabının Keşikçiləri Korpusu(SEPAH) ayrı ayrılıqda 3 bəyanat yayaraq yanvarın 16-ı gününün ilk saatlarında İsrail rejiminin MOSSAD təşkilatı və İŞİD-in İraq və Suriyadakı mövqelərinə qarşı hücumlar həyata keçirdiyini bildirib.
İlk bəyanatda deyilir ki, islami İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq anti-İran terror qruplaşmalarının yerləşdikləri mövqeləri və casusluq mərkəzləri gecə saatlarında SEPAH-ın ballestik raketləri ilə hədəfə alınıb.
SEPAH-ın regiondakı terrorçu qruplaşmalar və casusluq mərkəzlərinə qarşı gecə əməliyyatından sonra yaydığı ikinci bəyanatda qeyd olunur ki, SEPAH Kerman və Rask şəhərlərində əziz vətəndaşlardan bir qrupunun məzlumcasına şəhid edilməsinə cavab olaraq Suriyanın işğal alqında olan əraizlərində İŞİD başda olmaqla bu terror əməliyyatları ilə əlaqədə olan komandanlar və əsas ünsürlərin toplaşdıqları yerləri müəyyənləşdirərək onları bir neçə ballestik raketlə hədəfə alıb. SEPAH İran xalqını əmin edib ki, bədxah terrorçu qruplarını hər yerdə olursa olsun müəyyənləşdirərək onların çirkin əməllərinin cəzasını verəcək.
SEPAH özünün üçüncü bəyanatında islami İranın şərəfli xalqı və böyük islam ümmətinə xitabən bildirir ki, sionist rejimin SEPAH komandanları və müqavimət cəbhəsi komanlarını şəhid etməkdəki son avanturist hərəkətlərinə cavab olaraq İslam İnqilabının Keşikçiləri Korpusu bu rejimin regiondakı qərargahları və fəaliyyətlərinə tam əhatə ilə ballestik raketlərlə sionist rejimin casusluq təşkilatı MOSSAD-ın İraqın Kürdüstan Muxtariyyətindəki əsas qəragahlarından birini hədəfə alıb və onu məhv edib.
Sözü gedən qərargah regionda xüsusiylə İranda casusluq əməliyyatlarının genişləndirilməsi və terror əməliyyatlarının planlaşdırılması mərkəzi olub.
Bəyanatda İran xalqına arxayınlıq verilir ki, SEPAH-ın hücum əməliyyatları şəhidlərin qanının son damlasının intiqamı alınanadək davam etdiriləcək.
İslam İnqilabının Keşikçiləri Korpusunun İraqın Kürdüstan Muxtariyyəti eləcə də Suriyanın işğal altında olan ərazirlərindəki casusluq və terror mərkəzlərinə qarşı hücumları, dünya mediyalarında geniş işiqlandırılıb və günün ən aktual mövzusuna çevrilib.
SEPAH-ın Suriyanın terrorçuların işğalı altında olan bölgələri və İraq-ın Ərbil ərazisində İŞİD terrorçuları və MOSSAD casuslarının mərkəzlərinə qarşı həyata keçirdiyi reket hücumlarının təfərrüatı barədə Əl-Məyadin telekanalı yerli qaynaqlara istinadən bildirib ki, SEPAH Suriyanın İdlib vilayətində keçmiş adı “Cəbhətünnüsrə” olan və bu gün “Heyət Təhrirüşşam” adlanan terrorçuların işğalı altındakı əraziləri hədəfə alıb.
Əl-Məyadin Telekanalının həmin məlumatında bildirilir ki, İran raketləri “Türküstan İslam Partiyası”-nın (TİP) İdlibdəki qərargahlarını dağıdıb.
Bu telekanalın yerli mənbələrinin dediklərinə görə, sözü gedən raket hücumları TİP-in təlim kampları, locestik dəstək mərkəzləri və bu terror dəstəsinin bir tibb mərkəzini hədəfə alıb.
Məlumatda deyilir ki, hədəfə alınan bölgə “Xorasan İŞİD-çiləri”-nin təlim aldıqları ərazidir. Onlar həmin ərazilərdə təlim aldıqdan sonra terror aktları törətmək üçün amerikanlar tərəfindən Əfqanıstana oradan da İrana ötürülürmüşlər.
Əl-Məyadinin yerli mənbələri bu hücumlarda istifadə olunan raketlərin nöqtəni hədəfə alan raketlər olduğunu və “Türküstan İslam Partiyası”nın əsas qərargahlarını məhv etdiyini bildiriblər.
Öncə bir iraqlı rəsmi İranın ağır hava hücumunda ABŞ-ın Ərbil şəhərindəki konsulluğunun yaxınlığında yerləşən 8 hədəfin məhv edildiyini bildirmişdir.
ABŞ rəsmiləri Röytersə bildiriblər ki, bu hücumlarda amerikan hərbçilər yaxud təsisatları xəsarət almayıb.
Eyni zamanda bəzi qeyri-rəsmi məlumatlara görə, hədəfə alınan casusluq yuvalarından biri İraqın Kürdüstan Muxtariyyətinin baş naziri Məsrur Barizaninin evinə yaxın məsafədə yerləşibmiş və tam dəqiqliklə məhv edilib.
Kürdüstan Muxtariyyətinin medialarının bildirdiklərinə görə, iraqlı kürd iş adamlarından olan Pşirov Dizai SEPAH-ın anti-terror əməliyyatında ölüb. Həmin iş adamının MOSSAD-la yaxın əlaqədə olduğu deyilir.
Pşirov Dizai “Empire World” və “FALCON” şirkətlərinin sahibidir. Qeyri-rəsmi məlumatlara görə “FALCON” qrupu ABŞ-ın keçmiş hərbçilərini işə götürən kiçik özəl ordu hesab olunur. 
 
Source : SaharTV
Tagged
sepah
Comment