0
Sunday 10 March 2024 - 18:34

Şolz bağlı qapını açdı - Putin masadan uduşla qalxır

Story Code : 1121606
Şolz bağlı qapını açdı - Putin masadan uduşla qalxır
Teleqraf.com xəbər verir ki, bu barədə "The Sunday Times" yazır.

Şolz açıq şəkildə Ukraynaya uzaqmənzilli raketlərin verilməyəcəyi və qoşun göndərilməyəcəyini deyir. Kansler söz verib ki, Almaniya bunu etməyəcək, Kiyevi çox ehtiyac duyulan silahlarla təmin etmək mümkün olmayacaq.

"Şolzun dedikləri qəbuledilməzdir. Bundan yalnız bir nəfər xoşbəxt olur: Vladimir Putin. Əlbəttə, müzakirə edə və razılaşmaya bilərsiniz, amma bunu bağlı qapılar arxasında etməlisiniz", - Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman söyləyib.

Komitə sədri Şolzu sələfi Angela Merkel kimi ictimai rəy sorğuları əsasında siyasət formalaşdırmaq meylində ittiham edib:

"Sorğulara əsaslanan ardıcıl siyasət apara bilməzsiniz. Hesab edirəm ki, hərəkətə keçmək və sonra bunu insanlara izah etmək lazımdır. Söhbət Ukraynanın salamat qalmasından gedir. "Taurus" Ukraynanı gücləndirmək üçün təsirli vasitə olardı".

Nəşr vurğulayır ki, təklənmiş Almaniya hökuməti üçün hazırda ən kritik çağırış “Taurus” raketlərinin Ukraynaya göndərilməsi ilə bağlıdır. Sorğulara görə, Şolz hökuməti bu baxımdan seçicilərin yalnız üçdə birinin dəstəyini alır.

Qəzet qeyd edir ki, Almaniyanın şərq sərhədindən 500 mildən az məsafədə gedən Ukraynadakı müharibəyə yanaşması paradoksal görünür.

 
Comment