0
Monday 11 March 2024 - 00:36

Hizbullah Ramiya bazasını hədəfə alıb

Story Code : 1121710
Hizbullah Ramiya bazasını hədəfə alıb
Livanın İslam Müqaviməti Hərəkatı, yaydığı bəyanatda bildirib ki, hərəkat üzvləri İsrailin Ramya bazası və bazadakı avadanlıqları hədəf alıb. Hücumlar uğurlu alınıb və birbaşa hədəfləri vuraraq məhv edib.

Livandan havaya qalxan bir pilotsuz uçan aparat Əl-Cəlil, əl-Aliyada həyəcan sirenlərinin işə düşməsinə səbəb olub. İsrail Ordusu Radiosu da bu əməliyyatla bağlı məlumat yayıb. Hücumdan sonra Kiryat Şmona və onun ətrafında da sirenlər şübhəli pilotsuz təyyarə səbəbindən işə düşüb.

Bir neçə saat əvvəl Hizbullah işğalçı İsrail rejimi ordusunun Livanın cənubundakı kəndlərə hücumuna cavab olaraq və İsrailin Marun bazasını onlarla raketlə hədəfə aldığını açıqlamışdı.
Comment