0
Saturday 16 March 2024 - 11:16

Sionist rejimin məğlubiyyətinin əlamətləri üzə çıxıbdır

Story Code : 1122911
Sionist rejimin məğlubiyyətinin əlamətləri üzə çıxıbdır
İran xarici işlər naziri regiondakı müqavimət qruplarının başçılarına göndərdiyi mesajda yazıb: BMT Təhlükəsizlik Şurası xüsusiyyət təşkil etməklə məsuliyyət daşıyan beynəlxalq orqanlar tərəfindən İsrail rejiminin törətdiyi soyqırımının durdurulması istiqamətində təsirli və çəkindirici addımlar atılmayıbdır.
Ayrı-ayrılıqda Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha, Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyəyə və Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Nəxaləyə göndərilən mesajın tam mətni belədir:
Xudavəndi-Sübhanın qonaqlığı ayı və Quran baharı olan mübarək ramazan ayının gəlməsi münasibətilə sizi və cinayətkar və mənfur sionist rejim qarşısında müqavimət göstərən və mübarizə aparan bütün qüvvələri, eləcə də cari müharibənin yaralıları və şəhidlərinin möhtərəm ailələrini, həmçinin səbirli və müqavimətli Livan və Fələstin xalqlarını təbrik edirəm.
Dünya müsəlmanları elə bir şəraitdə bu əziz ayın pişvazına gediblər ki, Qüdsü işğal etmiş rejim məzlum Fələstin xalqına, xüsusən də bu müqəddəs diyarın məzlum qadın və uşaqlarına qarşı soyqırımı və bəşəriyyətə zidd cinayətlərini davam etdirməkdədir.
Digər tərəfdən, qəsbkar sionist rejimin cinayətlərinin geniş həcmi və insan hüquqlarının yalançı iddiaçılarının heç bir hərəkət etməmələri qarşısında qeyrətli Fələstin xalqının və müqavimət qüvvələrinin Amerika hökumətinin hərtərəfli dəstəiynə malik olan, təpədən dırnağadək silahlanmış rejim qarşısında tarixi, qürurgətirici və qəhrəmancasına müqavimətinin şahidiyik. Bu qeyrətli və şərəfli müqavimət və mübarizələr spektrində sionist düşmən elan olunmuş hədəflərindən heç birinə çatmayıb və bu rejimin tarixi məğlubiyyətinin əlamətləri üzə çıxıbdır.
İlahi qələbə vədinin mütləq şəkildə həyata keçəcəyinə ürəkdən gələn mömincəsinə imanla bu nurlu və fəzilətli günlər və gecələrdə bütün müqavimət şəhidlərinin xatirələrini əziz tutur, Fələstin xalqının yekun qələbəsi və Qüdsi-Şərifin azadlığını Xudavəndi-Sübhandan diləyirəm.
 
Source : SaharTV
Comment