0
Sunday 17 March 2024 - 22:41

"Ola bilsin Netanyahu Qəzzada aclıq böhranı olduğunu anlamaq istəmir!"

Story Code : 1123227
"Ola bilsin Netanyahu Qəzzada aclıq böhranı olduğunu anlamaq istəmir!"
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri “Nansi Pelosi” bazar günü CNN telekanalına müsahibəsində sionist rejimin baş nazirini tənqid edərək bildirib ki, Qəzzada qıtlıq, aclıq hökm sürür və Netanyahunun ya bundan xəbəri yoxdur, ya da bunu anlamaq istəmir!

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula Von der Leyen bazar günü xəbərdarlıq edərək bildirmişdi: “Qəzza aclıqla üz-üzədir və bunu qəbul etmək olmaz.”

Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi Qəzzaya qarşı işğalçı hücumların 163-cü günü ilə bağlı məlumat yayaraq bildirib: "İşğalçı İsrail son 24 saatda Qəzza zolağının sakinlərinə qarşı 9 yeni cinayət törədib, nəticədə 92 nəfər şəhid olub və 130 nəfər yaralanıb."

Bu məlumata əsasən, çoxlu sayda qurban hələ də dağıntılar altındadır və bütün yollar dağıldığı üçün tibb işçiləri onlara yardım edə bilmir. Beləliklə, 7 oktyabrdan bu yana Qəzza işğalı qurbanlarının sayı 31 min 645 nəfərə, yaralıların sayı 73 min 679 nəfərə çatıb.
Comment