0
Monday 18 March 2024 - 16:27

İşğalçı İsraildən Əl-Şifa xəstəxanasına növbəti hücum!

Story Code : 1123397
İşğalçı İsraildən Əl-Şifa xəstəxanasına növbəti hücum!
Sionist ordu təkrar iddialar irəli sürərək bu səhər Qəzzanın ən böyük tibb kompleksinə hücum edib və yenidən xəstəxananı hədəfə alıb! Bu xəstəxanada 5 mindən çox yaralıdan əlavə 30 min köçkün yerləşdirilib!

Fələstinin Şahab ​​xəbər agentliyi bu gün səhər saatlarından işğalçı qüvvələrin hücumuna məruz qalan əl-Şifa xəstəxanasının vəziyyəti ilə bağlı xəbər yayaraq bildirib:
“Əş-Şifa tibb kompleksinin binaları 40 dəfədən çox bombalanıb, xəstəxananın ərazisində mexaniki ekskavatorlarla qazma işləri bərpa edilib, bu tibb kompleksinin daxilində iki böyük partlayış baş verib, 30 mindən çox məcburi köçkünün, o cümlədən 5 mindən çox yaralının həyatı təhlükə altındadır... Bu xəstəxana olduqca təhlükəli durumdadır.”

Sionist rejim Müqavimət qüvvələrinin fəaliyyəti və israilli məhbusların xəstəxanada saxlanılması ehtimalı bəhanəsi ilə təxminən dörd ay əvvəl ilk dəfə olaraq Əş-Şifa xəstəxanasına dəhşətli hücum edib. Sionist rejim bu gün də oxşar bəhanələrlə səhər saatlarında Qəzzə müharibəsinin 164-cü günündə yenidən xəstəxanaya hücum edib. Artilleriya zərbələri, qırıcılar və pilotsuz təyyarələr vasitəsi ilə bu bina və onun ərazisi hədəfə alınıb.
Comment