0
Monday 18 March 2024 - 18:08

Tramp Netanyahudan Qəzzada müharibəyə son qoymasını istəyib

Story Code : 1123404
Tramp Netanyahudan Qəzzada müharibəyə son qoymasını istəyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp işğalçı İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza müharibəsini tez bir zamanda dayandırmağa və sülh yaratmağa çağırıb.

Tramp “Fox News” telekanalına müsahibəsində Netanyahuya müraciətlə deyib: "Bu məsələni bitirməli, tez bir zamanda yoluna qoymalı və sülh dünyasına qayıtmalısınız. Bizim dünyada sülhə ehtiyacımız var. Bizə Qərbi Asiyada sülh lazımdır."

Tramp iddia edib ki, Senatın demokrat çoxluğunun lideri Çak Şumerin sionist rejimi tənqid etməsi daxili siyasətdən qaynaqlanır.

Tramp, Netanyahunu 7 oktyabr əməliyyatının ilk günlərində bu hadisələrin qarşısını ala bilmədiyi üçün tənqid edib. Donald Tramp Əl-Əqsa fırtınası əməliyyatından sonra ilk dəfə Qəzza müharibəsini dayandırmağa çağırıb.

Tramp sonda deyib: "Dəhşətli bir hücum oldu. Yeri gəlmişkən, mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi..."
Comment