0
Wednesday 27 March 2024 - 19:19

Ukraynada vəziyyət dəyişir - Müharibə dayandırıla bilər

Story Code : 1125309
Ukraynada vəziyyət dəyişir - Müharibə dayandırıla bilər
Teleqraf.com xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

“Bu il ölkəmizin rusların ələ keçirdiyi əraziləri geri qaytarmaq perspektivi yoxdur. Əksinə, rusların yeni hücumlarını gözləməliyik, yeni ərazi itkiləri olacaq”, - Ukrayna rəsmisi alman nəşrinə deyib.

Alman analitiklər hesab edirlər ki, müharibə bu il dayandırıla bilər, amma iki ölkə arasında münaqişəli durum hələ bir neçə il çəkəcək.

Prezident Vladimir Zelenskinin sözlərinə görə, qarşıdurmanın nə vaxt bitəcəyini heç kim bilmir. Zelenski ilin sonunadək dayanmağın vacib olduğunu vurğulayıb.

Hərbi ekspert Qustav Qressel Rusiyanın 2027-2028-ci ilə qədər müharibə aparmaq potensialının olduğunu söyləyib.

 
Comment