0
Thursday 28 March 2024 - 19:32

Qəzza şəhidlərinin sayı 32 min 552-yə çatdı

Story Code : 1125536
Qəzza şəhidlərinin sayı 32 min 552-yə çatdı
Qəzza müharibəsinin 174-cü günündə Səhiyyə Nazirliyi bildirib ki, Qəzzada fələstinli şəhidlərin sayı 32 min 552 nəfərə çatıb. 74 min 980 nəfərin isə yaralandığı bildirilir.

Qəzza Səhiyyə Nazirliyi sionist rejimin son 24 saat ərzində Qəzza zolağında ailələrə qarşı 6 qətliam törətdiyini, nəticədə 62 fələstinlinin şəhid olduğunu bildirib. İşğalçı İsrail rejiminin bu cinayəti nəticəsində həmçinin 91 fələstinli ağır yaralanıb. Həmçinin bu hücumlar nəticəsində yaşayış məntəqəsi olan ərazilərdə ciddi dağıntılar meydana gəlib və yollar istifadəyə yararsız duruma düşüb. Təcili yardım və xilasetmə qrupları yaralılara kömək etməkdə çətinlik çəkir.
Comment