0
Wednesday 9 November 2011 - 16:30

Mişel Obamadan üzr tələb etdi

Story Code : 112683
Mişel Obamadan üzr tələb etdi
Mişel Obamadan üzr tələb etdi
Bakman ABŞ prezidentini əvvəlcə İsrail baş nazirindən üzr istəməyə, həmçinin lider keyfiyyətlərini nümayiş etdirməyə və təcili surətdə Sarkozidən Netanyahu haqqında səsləndirdiyi pis fikirlərə görə üzr istəməyi tələb etməyə çağırıb.

“Qazeta.ru” saytı isə xatırladıb ki, Obama və Sarkozi arasında söhbət bir həftə öncə olub. Lakin Fransa kütləvi informasiya vasitələri öz prezidentlərini utandırmamaq üçün heç nə yazmayıblar. Bu informasiya isə mətbuata dünən sızıb.

Qeyd edək ki, G-20 sammiti çərçivəsində Sarkozi ilə Obamanın qeyri-rəsmi söhbəti gedişatında Sarkozi deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu boş-boğazdır. Sarkozi həmçinin Netanyahunu yalançı adlandırıb.

Barak Obamanın cavabı isə tərcüməçinin şərhində təxminən bu cür olub: “ABŞ prezidenti müntəzəm olaraq Fransa prezidentinin Netanyahu ilə üzləşdiyi hisslərindən asılı olmayaraq İsrail baş naziri ilə məşğul olmalıdır”. Lakin iki prezidentin arasında olan söhbəti eşidən jurnalistlər isə bildiriblər ki, Obama deyib: “O sizi bezdiribsə, onda mən nə edim? Mən demək olar ki, hər gün Netanyahu ilə üzləşməli oluram”.
Related Stories
Comment