"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Yukio Amanonun İranın nüvə enerjisi ilə bağlı hazırladığı sifarişli hesabat MAQATE-yə üzv olan 35 ölkəyə təqdim edilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi bu hesabatda bildirir ki, İran 2003-cü ildən əvvəllər hərbi nüvə fəaliyyətləri göstərib və bu fəaliyyətlərin davam etdirilməsi ehtimal olunur.
Rusiya xarici işlər nazirinin müavini deyib: "İrana qarşı sanksiyalar artırılsa, bu Tehranda rejimin dəyişilməsi ilə bağlı addım kimi dəyərləndiriləcək!"
Rusiya rəsmisi bildirib ki, Rusiya BMT TŞ-nın İrana qarşı yeni sanksiyaları ilə heç vəchlə razılaşmayacaq.