0
Monday 22 April 2024 - 02:24

NBC: Bayden prezident seçkilərində ABŞ-dakı müsəlmanların dəstəyini itirəcək

Story Code : 1130263
NBC: Bayden prezident seçkilərində ABŞ-dakı müsəlmanların dəstəyini itirəcək
“Report” xəbər verir ki, bu proqnozla NBC televiziyası çıxış edib.

Qeyd olunub ki, bir çox müsəlman amerikalılar işğalçı İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün Bayden administrasiyasına artıq qəzəblənib.

İndi onlar Baydenin Konqresdən keçən işğalçı İsrailə yardım paketinin mümkün imzalanmasını geri dönüş nöqtəsi və mütləq fəlakət adlandırırlar.

Amerika-İslam Münasibətləri Şurasının hökumətlə əlaqələr üzrə direktoru Robert Makkau deyib:

“Əgər Bayden işğalçı İsrailə yardımı özündə ehtiva edən qanun layihəsini imzalayarsa, bu qərar Ağ Evin Amerika müsəlman icması və Qəzzada müharibəyə qarşı çıxan digər amerikalılarla münasibətləri üçün geri dönüş nöqtəsi ola bilər”.

Belə bir vəziyyət Baydenin 2020-ci ildə prezident seçkilərində az fərqlə qalib gəldiyi ştatlarda əleyhinə işləyə bilər. Söhbət ilk növbədə Arizona, Corciya, Miçiqan ştatlarından gedir.

Televiziya xatırladır ki, Bayden ictimai tədbirlərdə çıxış etməyə davam edir, baxmayaraq ki, o, çıxışlarını dayandıran müharibə əleyhinə etirazçılarla qarşılaşmalı olur.
Comment