0
Friday 11 November 2011 - 09:07

Məmmədyarov sionistə işğaldan danışıb!!!

Story Code : 113050
Məmmədyarov sionistə işğaldan danışıb!!!
Məmmədyarov sionistə işğaldan danışıb!!!
XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Landau Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb. Tərəflər iki ölkə arasında daha sıx əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayaraq, ikitərəfli səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib, iki ölkə arasında bir çox sahələrdə - iqtisadi, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Nazir Elmar Məmmədyarov israilli qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
P.S. İsrail yarım əsrdən artıqdır Fələstin torpaqlarını işğal edib. Bu ölkə “Nüvə Silahının Yayılmaması Müqaviləsi”ni (NPT) imzalamaqdan imtina edib nüvə başlıqları saxlayır və həmin müqaviləyə qoşulmuş İranı “nüvə silahı hazırlamaq istədiyi üçün” bombalamaqla hədəlyir. BMT-nin qətnamələrinə məhəl qoymayan bu ölkəyə bizim nazirin Qarabağın işğalından danışması qəribə görünmür?
Source : HaqqYolu
Comment