0
Monday 20 May 2024 - 10:15

İran xalqı şəhid prezidentə necə yas saxlayır

Story Code : 1136255
İran xalqı şəhid prezidentə necə yas saxlayır
Ötən gün İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən bir neçə nəfərin helikopteri qəza enişi etdikdən sonra, bütün İran şəhərlərində insanlar məcidlərə, ibadətgahlara üz tutdu. Dünya bir daha şahid oldu ki, 24 saat xalqı üçün yorulmadan çalışan İbrahim Rəisi kimi şəxsləri insanlar necə sevir, onun üçün nə qədər nigarandır. Amma təəssüflər olsun ki, səhərin ilk saatlarında İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında şəhadət mərtəbəsinə ucaldığı məlum oldu.

Sadəcə üç ildən az müddətdə dəfələrlə İranın ucqar məntəqələrinə səfər edən, əhalinin problemlərinin qısa bir zamanda həll edilməsinə çalışan İran xalqının sevimli prezidenti Seyid İbrahim Rəisi artıq İran xalqının yanında deyil. Bütün İranda əhali İbrahim Rəisiyə əzadarlıq edir. Allah "məzlumların, məhrumların Seyyidi" ləqəbi ilə tanınan İbrahim Rəisini Əhli-Beytlə məşhur etsin.
Comment