0
Sunday 26 May 2024 - 09:14

İngiltərədə son 70 ilin ən böyük maliyyə böhranı ola bilər

Story Code : 1137666
İngiltərədə son 70 ilin ən böyük maliyyə böhranı ola bilər
Bunu mayın 25-də Britaniya Maliyyə Tədqiqatları İnstitutunun (IFS) direktoru Pol Conson deyib.

Ekspertin fikrincə, ölkənin yeni hökuməti xərcləri azaltmaq, borcları artırmaq və ya vergiləri artırmaq arasında seçim etməli olacaq.

O qeyd edib ki, Leyboristlər və Mühafizəkarların nümayəndələri iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi artıq 100%-ə yaxın olan dövlət borcu ilə bağlı vəziyyəti sabitləşdirməyə söz verirlər. Lakin Böyük Britaniyada iqtisadi artım demək olar ki, dayanıb və faiz dərəcələri artıb. Buna görə də, seçkinin qalibi 1950-ci illərdən bəri ölkədəki istənilən hökumətin üzləşdiyi problemdən qat-qat ciddi problemi həll etməli olacaq.
Comment