0
Sunday 26 May 2024 - 10:13

"Səbəbkar odur" - Tramp-Bayden mübarizəsi

Story Code : 1137668
"Səbəbkar odur" - Tramp-Bayden mübarizəsi
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Libertar Partiyasının Vaşinqtonda keçirilən milli qurultayında deyib.

“Mən buraya sizinlə bu ölkədə solçu faşizmin güclənməsi və Ağ Evdəki korrupsioner və səriştəsiz tiranı – ABŞ tarixinin ən pis prezidenti olan əyri Co Baydeni məğlub etməyin zəruriliyi haqqında danışmaq gəlmişəm ", - Tramp deyib.

O, Baydeni ABŞ-i “söz azadlığına hörmət olunmayan” qeyri-azad ölkəyə çevirməkdə ittiham edib.

Tramp həmçinin bildirib ki, Ağ Evin hazırkı rəhbərinin hakimiyyəti tiranlıqdır və rəqibi ölkədə inflyasiyanın yüksək səviyyədə olmasının bir nömrəli səbəbkarıdır.

“Biz əminik ki, ölkəmiz üçün ən ciddi təhlükə xaricdəki düşmənlərdən deyil, hüquq və azadlıqlarımızı daxildən pozan tiranlardan, kommunistlərdən, faşistlərdən və quldurlardan gəlir”, - Respublika Partiyasının lideri vurğulayıb.
Comment