0
Sunday 26 May 2024 - 13:36

Tramp: "Baydenin siyasəti III Dünya müharibəsinə aparır"

Story Code : 1137685
Tramp: "Baydenin siyasəti III Dünya müharibəsinə aparır"
ABŞ Libertarianlar Partiyasının Vaşinqtonda keçirilən milli qurultayında çıxışı zamanı Tramp Rusiya və Ukrayna arasındakı dəhşətli münaqişəni həll edəcəyini deyib.

O bildirib ki, bu yolla, başqasının müharibəsinə yüz milyardlarla dollar xərcləməyi dayandıracaq və minlərlə insanın həyatını xilas edəcək.

"Mən sülhü bərpa etməyə və Co Baydenin III Dünya müharibəsinə doğru getməsinə mane olacağam. Bilirsiniz, sizi birbaşa III Dünya müharibəsinə aparırlar. Böyük silahlara görə, belə bir münaqişənin analoqu olmayacaq. Mən bunu dayandırmağa qadir olan yeganə adamam", - deyə Tramp bəyan edib.
Comment