0
Friday 18 November 2011 - 11:29

Amerika "BAHARINDA" 300 nəfər həbs olunub

Story Code : 114913
Amerika "BAHARINDA" 300 nəfər həbs olunub
Amerika "BAHARINDA" 300 nəfər həbs olunub
Münaqişə nəticəsində bir neçə polis yaralanıb

Minlərlə aksiyaçı Nyu-Yorkda Bruklin körpüsündə yürüş keçirib.

Ümumiyyətlə, «Uoll Striti işğal et» şüarı ilə keçirilən aksiya Birləşmiş Ştatların hər yerində keçirilsə də, əsas hadisələr Nyu-Yorkda qeydə alınıb. Burada etirazlar iğtişaşlar və polislərlə toqquşma ilə müşaiyət olunub.

Hadisə nəticəsində əsasən də Birjanın yaxınlığında azı 300 nəfər həbs olunub.

Nyu-Yorkun meri Maykl Blumberg münaqişə nəticəsində 5 polis zabitinin yaranaldığını bildirib: «Hətta onlardan birinə 20 tikiş qoyulub. Bir başqa polisə isə etirazçılardan biri dişlədiyinə görə tibbi müdaxilə edilib».

Qeyri-rəsmi məlumatlara görə, hüquqmühafizəçilərin göz yaşardıcı qazına qarşı, aksiyaçılar uksusla silahanıbmış.
Source : HaqqYolu
Comment