0
Tuesday 15 September 2009 - 14:18

AZƏRBAYCAN ÇINƏ QAZ TƏDARÜK EDƏ BILƏR

Story Code : 11717
AZƏRBAYCAN ÇINƏ QAZ TƏDARÜK EDƏ BILƏR
Abdullayevin sözlərinə görə, o, bu günlərdə "QazMunaQaz" Qazaxıstan milli şirkətinin prezidenti Kairqeldı Kabıldinlə görüşüb. Kabıldin Abdullayevə ARDNŞ-in də bu layihəyə qoşulmasını təklif edib.

Qazaxıstan-Çin qaz kəmərinin inşası bu ilin iyul ayında başlayıb. İnşaatın başa çatması və qaz tədarükünün başlanması 2010-cu ilin iyun ayına planlaşdırılır. Kəmərdən ilkin qaz buraxılması ildə 4,5 milyard kubmetr təşkil edəcək. Sonrakı mərhələlərdə qazın verilməsi kəmərin ikinci xəttinin istismara verilməsi və yeddi kompressor stansiyasının inşası ilə əlaqədar olaraq artacaq. 2013-cü ilin sonuna qazın il ərzində maksimal tədarükü ildə 40 milyard kubmetr olacaq. Ondan 30 milyardı Çinə, ildə 10 milyard kubmetri isə Qazaxıstan Respublikasına veriləcək.

İnşaat Qazaxıstan tərəfindən "QazStroyServis" SC, Çin tərəfindən isə CPPE (China Petroleum Pipeline Engineering) korparasiyası tərəfindən həyata keçirilir.

"Qazaxıstan-Çin" boru kəmərinin inşası layihəsi Mərkəzi Asiya boru kəməri inşaatının bir hissəsidir. "Mərkəzi Asiya" boru kəməri təbii qazın 3 respublikadan: Türkmənistan yatağından, Özbəkistan və Qazaxistan üzərindən Çin Xalq Respublikasına nəqliyyatı üçün xüsusi sistemə malikdir.

"Qazaxıstan-Çin" boru kəməri diametri 1067 mm, uzunluğu 1304,5 km olan iki paralel boru kəmərindən təşkil edilmiş xüsusi sistemdir. Qaz kəmərinin Qazaxıstan hissəsi başlanğıcını Özbəkistan-Qazaxıstan sərhədindən götürməklə, Qazaxıstan ərazisi ilə şərqə doğru 650 km uzanaraq Xorqos rayonunda Qazaxıstan-Çin sərhədində başa çatır.
Source : Trend AİA
Comment