0
Saturday 26 November 2011 - 17:44

İqtisadi böhranla üz-üzə olan ABŞ əhalisinin sərgüzəştləri

Story Code : 117376
USA
USA
Amerika Birləşmiş Ştatlarında start götürən yeni il endirimləri mövsümünün ilk günü ölkənin 7 ştatında bir sıra hadisələrlə yadda qalıb. Şükranlıq günündən sonrakı ilk cümə günü başlayan endirimli yeni il alış-verişi iri univermaqların önünü əsl mübarizə meydanına çevirib. 20-dək adamın xəsarət aldığı bildirilir.

Kaliforniya ştatında mağazaların birində naməlum şəxs atəş açıb, Los Ancelesdə digər bir mağazada isə bir qadın içəri daha tez keçmək üçün növbədə dayananlara gözyaşardıcı qaz vurub.

Endirim mövsümünün başlandığı ilk gün soyğunçular üçün də əsl fürsət olub. Kaliforniyanın San-Leandro şəhərində bir qrup soyğunçu mağazalardan əlidolu çıxan alıcılara hücum edərək, onları soyublar.


Source : XezerXeber
Comment