0
Monday 28 November 2011 - 15:06

Məhərrəm-Səfər hazırlıqları – Gürcüstan

Story Code : 118084
Məhərrəm-Səfər hazırlıqları – Gürcüstan
Məhərrəm-Səfər hazırlıqları – Gürcüstan
Məhərrəm-Səfər əyyamı yaxınlaşmaqdadır. Bir neçə günə bütün dünyanın Əhli-beytsevərləri (ə) özlərini Kərbəla ətri ilə ətirləməyə daha çox səy edəcəklər. Hər il olduğu kimi, Əhli-beyt (ə) vətəni Azərbaycanda da əzadarlıq mərasimlərinə hazırlıqlar başlayıb. “Böyük insanları yetişdirmə məktəbi” olan bu əzadarlıq mərasimləri həmvətənlilərimiz tərəfindən yaşadıqları digər ölkələrdə də keçirilməkdədir.

Gürcüstandakı əza məclisləri, Məhərəm-Səfər əyyamı hazırlıqları barədə Gürcüstanın tanınmış ruhanilərindən, "Əhli-beyt (ə)" jurnalının redaktoru Hacı Rizvan İsmayılzadə Deyerler.org-a müsahibəsində bildirib:

“Bismilləhir-Rahmənir-Rahim!

Gürcüstanda İmam Hüseynə (ə) əza saxlamağın çox böyük tarixi var. Tarixi faktlara əsasən, hələ miladi ilə IX əsrdən İmam Cəfər Sadiqin (ə) nəslindən olan seyidlər Tiflisin əmirləri olublar. Əhli-beytin (ə) səsi hələ 1200-1300 il bunqan qabaqdan Gürcüstandan gəlib. Sonrakı dövrlərdə Səfəvilər xanədanının İranda hakimiyyətə gəlməsilə Gürcüstanda da Əhli-beyt (ə) dostlarının sayı artıb. Burada həmişə Əhli-beyt (ə) yolu ilə bağlı möhtəşəm tədbirlər həyata keçirilib. Məscidlərdə, hüseyniyyələrdə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə həmişə əzadarlıq saxlanılıb. Hətta sovetlər dönəmindəki bütün qadağalar və təhlükələrə rəğmən, bizim kəndlərdə, rayonlarda və Tiflisin özündə böyük məclislər qurulub, geniş əzadarlıq tədbirləri həyata keçirilib. Mərsiyyələr oxunub, rövzələr deyilib, zəncirlər və sinələr vurulub. Hətta Tiflisin mərkəzində olan, 1952-ci ildə Stalin zamanında uçurdulan tarixi Şah Abbas məscidi bütün Gürcüstanda Əhli-beytsevərlərin (ə) mərkəzi olub. Burada çox möhtəşəm əzadarlıq mərasimləri keçirilirdi.



İndiki vəziyyətimizə gəldikdə, bütün kəndlərdə, bütün hüseyniyyələrdə, bütün məscidlər, Tiflisin özündə də Məhərrəm ayına çox ciddi hazırlıqlar gedir. Ruhanilər öz söhbətlərini, moizələrini hazırlayır, mərsiyəxanlar yeni mərsiyərini, yeni rövzələrini işləyirlər. Bizim xeyli dostlarımız, qardaşlarımız var ki, onlar hər il çalışırlar ki, bu mərasimlərdə yeni mənəvi-ədəbi yaradıcılıqla çıxış etsinlər. Builki mərasimlərimizdə xaricdən də qonaqlarımız var. İran İslam Cümhuriyyətindən və Türkiyə Cümhuriyyətindən qonaqlarımız olacaq. Elə bəzən Azərbaycanda da qardaşlarımız qonağımız olur, ilahiyatçı qardaşlarımız, rövzəxan və mərisyaxanlarımız da məclislərimizə təşrif buyururlar, bu mərasimlərimizə gözəl rəng qatırlar. Gürcüstandakı məclislərimiz yalnız məscidlərdə və hüseyniyyələrdə keçirilmə ilə məhdudlaşmır. Həmçinin evlərdə, məhəllələrdə xeyli sayda ailələr, camaat var ki, onlar da öz yaşadıqları yerlərində ciddi Məhərrəm tədbirlərinə hazırlaşırlar.

Gürcüstanda keçirilən mərasimlərdə Əhli-beyt (ə) cəmiyyətinin, Marneuli şəhəri İmam Əli (ə) məscidinin, İmam Süffə məscidinin, Qardabani rayonunda “Əhli-beyt (ə) hikməti” cəmiyyətinin fəaliyyətlərini xüsusilə qeyd etmək lazımdır. Bundan başqa, bütün əziz dostlarımız, qardaşlarımız böyük eşqlə və həvəslə İmam Hüseynə (ə) və onun şəhidlərinə əza mərasimləri keçirirlər və buna çox ciddi hazırlaşırlar. Xüsusən də bizim bir mühüm tədbirimiz də var. Hər il Tasua günündə Gürcüstanın bütün kənd və rayonlarından camaat Marneuli şəhərinə toplaşır və burada böyük tədbir keçirilir. Minlərlə həmvətənlimiz bayraqlarla əza yürüşü keçirir”.
Source : deyerler
Comment