0
Tuesday 29 November 2011 - 09:24

“Müharibənin nə demək olduğunu onlara başa salacağıq”

Story Code : 118288
Iran
Iran
İranın müdafiə naziri ABŞ və İsrailə xəbərdarlıq edib: “ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”. Bunu noyabrın 27-də İranın müdafiə naziri, general Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ İranla müharibəyə davam gətirə bilməyəcək: “Biz ABŞ-ın hərbi gəmilərini dənizlərə qərq edəcəyik”.General İsrailə də xəbərdarlıq etməyi unutmayıb: “Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar”. /Sizinyol/
Source : SizinYol
Comment