0
Sunday 4 December 2011 - 15:33

Hakimiyyətin aşura təlaşi bakiya çatdı

Story Code : 119718
Hakimiyyətin aşura təlaşi bakiya çatdı
Hakimiyyətin aşura təlaşi bakiya çatdı
Hər il olduğu kimi bu ildə ölkə ərazisində məhərrəmlik ayı ilə bağlı dini mərasimlər qeyd olunur. Lakin son vaxtlar ərzində ölkədə dini dəyərlərə qarşı olan basqılar, bu mərasimlərdən də yan keçməyib. Belə ki, məscidlərin sökülməsi, azan və hicab qadağası, sonda ruhanilərin kütləvi olaraq şərlənərək həsb olunmasının ardından növbə əzadarlıq mərasimlərinə çatıb. Ölkədə məhərrəm ayı başlar-başlamaz regionlarda öz fəallığı ilə seçilən dindar şəxslər polis bölmələrinə çağrılaraq Aşura günündə hər il keçirilən, hər hansı bir yürüş təşkil olunması barədə ciddi xəbərdarlıq edilib.

Hətta bəzi polis rəisləri dindarlara bu cür mərasimləri keçirdəcəkləri halda, onlarıda Gəncə ruhaniləri kimi şərlənərək həbsə atılacağını bildiriblər. Aşura günü yaxınlaşdıqda hakimiyyətin təlaşı daha da artıb. Dünən Samux, Göygöl rayonlarında olan dindarlar polis şöbəsinə çağırılaraq rayonda hər hansı bir Aşura tədbirinin keçirilməyəci barədə xəbərdarlıq ediliblər. Sonra şöbəyə çağırılan dindarlara Gəncədə keçiriləcək Aşura yürüşündə iştirak edəcəkləri halda onların həbsə atılacağı bildirilib.

Artıq bu təzyiqlər paytaxt Bakıda da özünü biruzə verməyə başlayıb. Dünən axşam Bakının tanınmış "Məşədi Dadaş" məsciddində olan izləyicilərimizdən biri redaksiyamıza məlumat verib. Məlumatda bildirilir: “Məclis əsnasında 3 nəfərə yaxın mülki geyimli şəxs məscidin imam camaatı Hacı Şahinlə məscidin otağında söhbət ediblər. Bundan sonra məclis başlayıb. Adəti üzrə hər moizədən sonra mərsiyyə oxunmalı idi. Amma nədənsə bu dəfə belə olmadı. Hacı Şahin moizədən sonra hamının məscidi heç bir səs-küy salmadan tərk etməsini istədi. O, bunu məclisin təhlükəsizliyi üçün edildiyini bildirdi. Moizədən sonra mərsiyyə oxunmasını gözləyən dindarlar verilən bu qərarı bunu hakimiyyətin növbəti təzyiqi olaraq etirazla qarşılayıblar."

Digər bir məlumata görə, dünən axşam Xırdalan dindarları polis əməkdaşları tərəfindən bölməyə aparılıb. Orada onlara Tasua və Aşura günü ilə əlaqədar xəbərdarlıq edilib.

Dekabr ayının 2-si isə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Fatimeyi-Zəhra məscidi şam namazından sonra polis əməkdaşları tərəfindən bağlanılıb. Fatimeyi-Zəhra məscidinin dindarlarının bildirdiklərinə görə, məscidin qapısına qıfıl vurulub.Məscidin hansı səbəbə görə bağlanılması hələlik məlum deyil.

Bundan əlavə 01.12.2011-ci il tarixində Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafovfda Nəsimi rayon polis idarəsinə çağırılaraq, Aşura yürüşləri barədə xəbərdarlıq edilib.

Maraqlısı bundadır ki, Azərbaycan hakimiyyəti özünü İslamın ain və qaydalarına həmişə bağlı olduğunu bildirir. Amma son zamanlar nədənsə İslam və onun ain və dəyərlərinə bağlı olan isnsanları olmazın basqılara məruz qoyub. Deyə bilərik ki, sovetlər kimi Allhasız və ateizm dövründə Aşura və məhərrəmlik məsələsinə olduqca ehtiyat və hörmətlə yanaşılırdı. Amma indi açıq şəkildə yüz illər boyu Aşura ənənəsinə uyğun keçirilən tədbirlərə təpkilər və müxtəlif bəhanələrlə qadağalar qoyulur. Bu isə hakimiyyətin İslama olan "hörməti"nin bariz nümunəsidir.

Emin Nəsirli
Source : faktbexer
Comment