0
Saturday 10 December 2011 - 01:02

Xəstəxanada faciə: 73 xəstə diri-diri yandı!

Story Code : 120941
Xəstəxanada faciə
Xəstəxanada faciə
Milli.Az xəbər portalı RİA «Novosti»yə istinadən xəbər verir ki, yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb. Onların 70-i pasiyent, 3-ü tibb işçisidir. 100-dək insan evakuasiya olunub. Onların əksəriyyətinin tibbi yardıma ehtiyacı var.

Xəstəxananın sahibi artıq həbs olunub. Onun barəsində səhlənkarlıq maddəsilə cinayət işi açılıb. Xəstəxananın yanğın əleyhinə lazımi avadanlıqlar və texnika ilə təchiz olunmadığı üzə çıxıb. 

Yanğın xəstəxananın zirzəmisində, asanlıqla alovlanan əşyaların toplandığı ərazidə başlayıb. 

Alov sürətlə yuxarı mərtəbələrə qalxıb. Onu yalnız 5 saatdan sonra söndürmək mümkün olub.
Comment