0
Saturday 10 December 2011 - 13:39

Bu gün Ayət namazı qılınmalıdır

Story Code : 121043
Bu gün Ayət namazı qılınmalıdır
Bu gün Ayət namazı qılınmalıdır
Bu gün (10 dekabr) tam ay tutulması baş verəcək. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə Yerlə Ayın çevrələrinin toxunması Bakı vaxtilə 15:33:32-də başlayıb, 21:30:00-da bitəcək. Ardını buradan oxu

Müqəddəs şəriətimizin göstərişlərinə əsasən, Ay tutulması zamanı (eləcə də Günəş tutulması, zəlzələ və bir sıra digər hallarda) ayət namazı qılınmalıdır).

Ayət namazının qılınma qaydası

Ayət namazı Ay tutulmağa başlanan vaxtda qılınmalıdır. Bu namazın qılınma vaxtı Ay tam açılana qədərdir. Əgər Ay tam açılandan sonra qılınsa, “qəza” niyyəti ilə qılınmalıdır.

Ayət namazı 2 rükətdir, hər rükətdə 5 rüku var. Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi - hər rükuda 1 dəfə “Həmd” (“Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur. Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bölmək də olar. Aşağıda misal olaraq, “İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.

Niyyət müəyyən edilir. Sonra təkbir (“Əllahu əkbər”) deyilir. “Həmd” surəsi oxunur.
Sonra deyilir: *“Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”*.
Sonra rükuya gedilir (1-ci rüku). Rükudan qalxıb, deyilir: *“Əllahus-saməd”*.
Sonra rükuya gedilir (2-ci rüku). Rükudan qalxıb, deyilir: *“Ləm yəlid”*.
Sonra rükuya gedilir (3-cü rüku). Rükudan qalxıb, deyilir: *“və ləm yuləd”*.
Sonra rükuya gedilir (4-cü rüku). Rükudan qalxıb, deyilir: *“Və ləm yəkul-ləhu kufuvən əhəd”*.
Sonra rükuya gedilir (5-ci rüku).
Sonra səcdəyə gedilir, hər namazdakı kimi 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

2-ci rükət də eynilə birinci kimi qılınır. 5 rükudan sonra 2 səcdə yerinə yetirilir, amma sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

Gündəlik namazlarda müstəhəb olan şeylər ayət namazında da müstəhəbdir.
Source : deyerler
Comment