0
Monday 19 December 2011 - 12:44

İrandan ABŞ-a sarsıdıcı zərbə!

Story Code : 123505
İrandan ABŞ-a sarsıdıcı zərbə
İrandan ABŞ-a sarsıdıcı zərbə
İranda həbs olunan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu Əmir Mirzəyi Hikmətinin dekabrın 18-də bu ölkənin telekanallarında etirafedici müsahibəsi yayımlanıb.

APA-nın məlumatına görə, müsahibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və MOSSAD-ın agenti olduğu bildirilən İran əsilli ABŞ vətəndaşının Arizona ştatında doğulduğu, 30 yaşı olduğu ilə bağlı məlumat verilib.

Müsahibədə Əmir Mirzəyi Hikməti İrana casusluq məqsədilə xüsusi hazırlıq keçdiyini, bu ölkəyə gəlməzdən əvvəl 2 il analitik kəşfiyyatda çalışdığını bildirib: “Bura göndərilməzdən əvvəl İranda ABŞ-a simpatiyası olan siyasətçiləri müəyyənləşdirmək üçün analitik kəşfiyyatda çalışdım. İrana gəlib bu ölkənin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) nəzərini cəlb etməli və nazirliyin etibarını qazanmalı idim”.

ABŞ-ın İraq və Əfqanıstandakı hərbi bazasında xidmət etdiyini etiraf edən Əmir Mirzəyi Hikməti kəşfiyyata cəlb edilməsi haqqında da danışıb: “Biləndə ki, fars, bir az da ərəb dillərini bilirəm, mənə əməkdaşlıq təklif etdilər. Dedilər ki, universitetdə ərəb dilini öyrənsən və hazırlıq keçsən, sənə xüsusi tapşırıqlar verəcəyik”.

Qeyd edək ki, müsahibədə Əmir Mirzəyi Hikmətinin ingilis dilində yazılmış şəxsiyyət vəsiqəsi, ABŞ zabiti ilə hərbi geyimdə fotosu da nümayiş olunub. Onun orta məktəbi bitirəndən sonra 2001-ci ildə ABŞ Silahlı Qüvvələrində xidmətə çağırılması ilə bağlı da məlumat verilib.
Comment