Misirli qadınlara qarşı ləyaqətsiz rəftar məhkum edildi
Story Code : 123998
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, ötən gün minlərlə misirli qadın Qahirənin Azadlıq meydanında etiraz aksiya keçirib. Aksiya Misir hərbiçilərinin etirazçı qadınlara qarşı ləyaqətsiz davranışından təkcə bir neçə gün ötmüş baş tutub.
Xatırladaq ki, Misir hərbiçiləri bir neçə gün öncə etirazçı bir xanımı vəhşicəsinə döydükdən sonra onun paltarlarını çəkib çıxararaq, yarı çılpaq vəziyyətdə yerdə sürüyüblər.
Bu qadının yarı çılpaq vəziyyətdə yerdə sürünməsini əks etdirən fotolar Misir və dünya xalqlarının qəzəbinə səbəb olub.
Ötən gün hərbiçilərin uyğun vəhşiliklərinə etiraz edənlər bildirib ki, onlar üçün öz canları yox, anaları, bacıları və digər xanımlar əhəmiyyətlidir. Belə olan halda hərbiçilər misirli xanımları təhqir etməklə bütün Misir xalqını təhqir etmiş olur.