0
Friday 23 December 2011 - 17:37

Suriya təhlükəsizlik qüvvələri terrorçularla mübarizədə həlak olur

Story Code : 124595
Suriya təhlükəsizlik qüvvələri terrorçularla mübarizədə həlak olur
Suriya təhlükəsizlik qüvvələri terrorçularla mübarizədə həlak olur
Əl Aləm telekanalının bugün cümə günü (23 dekabr) verdiyi məlumata əsasən, Suriyalı rəsmilər Birləşmiş Millətlər Təşkilatının Suriyadakı təhlükəsizlik qüvvələrinin tələfatı üzrə rəqəmlər haqdakı əsassız və həqiqətə uyğun olmayan hesabatına cavab olaraq vurğulayıblar ki, Suriyanın təhlükəsizlik qüvvələrindən 2000 nəfər bu ölkənin müxtəlif şəhərlərində terrorçu qruplaşmaların atəş açmaları nəticəsində həlak olublar.

BMT son zamanlar bir hesabat yayaraq Suriyanın dövlət qüvvələrinin tələfatı haqda həqiqətə uyğun olmayan statistika elan etdi. Həmçinin Suriya dövləti özünün terrorçularla mübarizədəki haqlılığının sübut ütmək üçün Ərəb Liqası nəzarətçilərinin bu ölkəyə göndərilməsi ilə razılaşdı.
Source : Azeri.İrib
Comment