0
Sunday 25 December 2011 - 12:32

Misirdə etirazlar davam edir

Story Code : 125013
Misirdə etirazlar davam edir
Misirdə etirazlar davam edir
Fəalların 20-yə yaxın partiyasının imzaladığı bəyanatında bildirilib ki, Misirin hazırkı düşdüyü vəziyyətə görə Hərbi Şura cavabdehdir. Şuranın öhdəlikləri yerinə yetirməməsi, təhlükəsizliyi təmin etməməsi ölkəni maliyyə böhranına sürükləyib. Hərbi Şura, eyni zamanda, sonuncu toqquşmalardan birində qadına qarşı göstərdiyi zorakılığa görə sərt tənqid olunub. Hərbi Şuranın demokratik dəyişikliyi təmin edəcəyinə şübhə ilə yanaşanlar isə yanvar ayının 25-nə kimi prezident seçkisinin keçirilməsini istəyirlər.

Qeyd edək ki, yanvar ayının 25-i sabiq ölkə lideri Hüsnü Mübarəkin hakimiyyətdən getməsinin il dönümüdür. Parlament seçkisində əksəriyyət yeri qazanan Müsəlman Qardaşlığı Azadlıq və Ədalət Partiyasının tərəfdarları isə bildirib ki, onlar nümayişlərdə iştirak etməyəcəklər. Etirazçılar isə Müsəlman Qardaşlığı və digər İslamçı partiyaları öz vəzifələrində möhkəmlənmək naminə hərəkata xəyanətdə etməkdə günahlandırıblar. /ans/
Comment