0
Monday 26 December 2011 - 11:57

Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll ediləsidir !

Story Code : 125225
Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll ediləsidir !
Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll ediləsidir !
Rianovosti informasiya agentliyinin məlumatına görə, Rusiya Federasiyasının prezidenti Dmitri Medvediyev Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın ikitərəfli əməkdaşlığı şərti ilə tez bir zamanda həll ediləsi məsələ adlandırıb.
Rusiya prezidenti qeyd edib ki, Qarabağ münaqişəsinin aradan qaldırılması üçün bütün məsələlər münaqişə tərəflərinin danışıqlarda xoş məramlılıqlarından asılıdır.

Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində son bir neçə ildə Rusiyanın səyinə toxunan Medvediyev deyib: Rusiya son bir neçə ildə Azərbaycan , Ermənistan və Rusiya arasında 3 tərəfli 8 görüş təşkil etməklə vasitəçi kimi öz rolunu gözəl formada oynaya bilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bundan öncə Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının iclasında bildirib ki, DQ münaqişəsi barəsində münaqişə tərəfləri Qafqaz regionunda hər hansı gərginliyin qarşısını almaq üçün Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə Minsk qrupunun qərarlarına diqqət yetirməli və onları icra etməlidirlər. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər Minsk qrupunun səyləri nəticəsiz qalıb.

Dağlıq Qarabağa hakimiyyət məsələsi indiyə qədər Bakı və İrəvan arasında dəhşətli müharibələrə səbəb olub.
Source : IRIB
Comment