0
Tuesday 3 January 2012 - 10:25

Avropa sürətlə qocalır

Story Code : 127210
Avropa sürətlə qocalır
Avropa sürətlə qocalır
Almaniyalıların 20 faizinin yaşı artıq 65-dən çoxdur. Almaniya vətəndaşlarının ailələrində doğulan uşaqların sayı azalır, onlar daha gec evlənir, başqa avropalılarla müqayisədə daha tez-tez boşanırlar.

Milli.Az alman mətbuatına istinadən bildirir ki, Avropa Birliyinin Statistika Agentliyinin (Eurostat) hesablamalarına görə, Almaniyada hər qadının payına düşən yeni doğulmuş uşaq sayı 1,38-dir və son 60 ildə sürəkli azalır.

Almaniyada qadınların orta yaşam sürəyi 82 il 7 ay, kişilərdə isə 77 il 7 aydır. Ölkə vətəndaşının orta yaş həddi isə 43,7 ildir.
Avropa Birliyi ölkələri arasında Almaniya yeni dünyaya gəlmiş uşaqların sayına görə son yerlərdən birini tutur.

Statistiklərin hesablamalarına görə, yaxın onilliklər ərzində vəziyyət daha da ağırlaşacaq. Belə ki, 2060-cı ildə Avropa Birliyində yaşı 65-dən çox olanların sayı 2 dəfə, 80-dən artıq olanların sayı isə 3 dəfə artacaq.
Comment