0
Friday 6 January 2012 - 16:08

ABŞ-da bu il ilk ölüm hökmü yerinə yetirilib

Story Code : 128090
ABŞ-da bu il ilk ölüm hökmü yerinə yetirilib
ABŞ-da bu il ilk ölüm hökmü yerinə yetirilib
ABŞ-da bu il ilk ölüm hökmü yerinə yetirilib. APA-nın məlumatına görə, Oklahoma ştatının həbsxanalarından birində 49 yaşlı Qeri Roland Uelçə öldürücü iynə vurulmaqla hökm yerinə yetirilib. İynə təsir edənə kimi məhkum Skandinaviya mifologiyasından bir şeri deklamasiya ilə söyləyib. Edam prosesində yalnız həbsxananın personalı iştirak edib. Üç həftə əvvəl edam hökmünün dəyişdirilməyəcəyi məlum olduqdan sonra Uelç intihara cəhd edib.

Qeri Roland Uelç 1994-cü ildə Mayamidə Robert Xardkaslı işgəncə verərək öldürməkdə günahlandırılır. Uelç özünü qətldə günahkar saymadığını açıqlayıb, o məhkəmədə bu addımı özünümüdafiə məqsədilə atdığını deyib. Uelç həbsxanada saxlandığı illər ərzində öz mövqeyindən geri çəkilməyib. Xardkaslın qətlində iştirak edən digər şəxs - Klodi Konover də ölüm hökmünə məhkum edilsə də, sonradan bu qərar ömürlük həbs cəzası ilə əvəzlənib. Konover 2011-ci ildə həbsxanada dünyasını dəyişib.
Comment