0
Sunday 8 January 2012 - 17:14

İran və ABŞ-ın müqayisəli hərbi potensialı

Story Code : 128393
İran və ABŞ-ın müqayisəli hərbi potensialı
İran və ABŞ-ın müqayisəli hərbi potensialı
Müxtəlif ekspertlər ABŞ ordusunun İsrail ordusu ilə birlikdə yüksək imkanlarından danışır. Amma bu ekspertlərin əksəriyyəti NATO-ya meyilli ekspertlərdir. Sual olunur ki, əgər ABŞ hərb maşını bu qədər güclüdürsə nə üçün bu günədək sanksiyalarla kifayətlənməli olub? Hər halda biz bu iki dövlətin hərbi potensialını nəzərdən keçirəcəyik. Bu araşdırmadan aydın olur ki, İran hərb maşını bəzi Qərbpərəst ekspertlərin iddia etidiyi kimi ABŞ hərb maşınından o qədər də geri qalmır, psixoloji baxımdan isə tam üstünlüyə malikdir.

Bizdə olan məlumatlara əsasən, İran ordusunda 120-140 min əsgər və zabit var və ehtiyatda 200-230 min hərbçi siyahıdadır. Belə ki, İranda 350 min əsgər və zabit ordunu təşkil edir.

İran hərbi potensialında ordu ilə paralel İnqilab Keşikçiləri Korpusu ölkələnin mənafelərini qoruyur. Onların sayı 125 min nəzərdə tutulur. İran dünyada 20 milyonluq könüllü – bəsiclə məşhurdur. Bəsicin 11 milyonu minimum hərbi təlim keçib.


İran Britaniya və ABŞ istehsalı olan 650 tanka malikdir. Bəziləri bu tankların köhnəldiyini əsas götürərək tank hissələrinin zəifliyindən danışır. Amma İranın mindən artıq lisenziya ilə İranda modernizə olmuş T72S tankları var. Bəziləri isə İranın özünün tank istehsal etdiyini unudub. İnqilab Keşikçiləri Korpusu və ordunun ixtiyarında Səfir-74 tipli minədək tank istifadədədir. Daha müasir tank isə Zülfüqar adlanır. Bu tankların sayı barədə dəqiq məlumat vermək çətindir. İran tank hissələrində Tousan adlı yüngül tanklar da var. Bunlar bir növ döyüş maşını tipindədir. ABŞ tank hissələrinə qarşı dayanacaq tip isə Zülfüqar tanklarıdır.

İran Hərbi Hava Qüvvələrinin tərkibində F4, F5, F14 təyyarələri, Rusiya və Çin istehsalı olan qırıcılar var. Mig-29 və Su-24 təyyarələri İran HHQ-nin arsenalını təşkil edir. İran HHQ-də 100-dən artıq kobra kelikopterləri var. Amma İranın bu sahədə də daxili istehsalı mühüm yer tutur. Hazırda Saeqe və Tazar qırıcı
təyyarələri istehsal edilir. Bu təyyarələr müxtəlif kalibrli silahlarla təchiz olunmuşdur. İranda raket əleyhinə S-300 hərbi komplekslərinin olduğu da bildirilir. Havadan müdafiə sistemində Çin istehsalı olan qurğular da var.

İran Hərbi Dəniz Qüvvələrində (HDQ) beş Esmines, üç Freqat, iki Korved və onlarla raket qurğulu kater keşikdədir. 10 desant gəmisi, 50 patrul kateri bu arsenala daxildir. İran HDQ-də ABŞ üçün ən böyük təhlükə yarada bilən 877 Paltus sualtı qayıqlarıdır. Bundan əlavə HDQ-də Çin istehsalı olan güclü raket qurğuları mövcuddur. Bu raketlərin fəaliyyət radiusu İran sahillərini qorumağa tam imkan verir.

İranın ABŞ üçün ən təhlükəli hərbi sahəsi raket qüvvələridir. Rəsmi məlumatlara əsasən, İranın yaxın və orta mənzilli ballistik raketləri var. Şahab raketləri 2000-2500 km məsafədə yerləşən hədəfi vura bilir. Demək, İran ballistik raketləri ABŞ-ın regiondakı bütün bazalarını darmadağın  etməyə qadirdir.

Bəs ABŞ-ın hərbi
potensialı hansı vəziyyətdədir? ABŞ-ın quru qoşunlarının hərbi heyəti 500 min nəfər nəzərdə tutulur. Amma bu qüvvələrdən ölkə xaricində istifadə etmək imkanları məhduddur. İrana qarşı əmliyyatlarda 200 mindən artıq heyətin iştirakı mümkünsüzdür. Ən ağrılı nöqtə budur ki, ABŞ-ın canlı qüvvəsi psixoloji baxımdan İrana uduzur.

ABŞ-ın tank qoşunları müasir tanklarla silahlansa da, onların İrana qarşı əməliyyatlarda istifadəsi real görünmür. Abrams tanklarının əksəriyyəti hazırda İraqda yerləşir.

ABŞ-ın 145 strateji bombardmaçı təyyarəsi var. Qırıcılar və helikopterlər adətən quru qoşunlarına dəstək kimi istifadə olunur.

Amerikanın ən güclü hərbi hissəsi 400 yük təyyarəsidir. Bu təyyarələr hərbi qüvvələrin dislokasiyasında mühüm rol oynayır. ABŞ 118 pilotsuz təyyarə ilə təchiz olunub. İran hərbçilərinin yaxın keçmişdə ABŞ pilotsuzunu zədələmədən ələ keçirməsi bu təyyarələrə olan ümidi xeyli azaltdı.

ABŞ hərbi dəniz qüvvələri
300 gəmi, 11 təyyarədaşıyan laynerdən ibarətdir. 71 atom sualtı qayığından 14-ü ballistik raketə malikdir. Göründüyü kimi ABŞ HDQ-i daha böyük imkanlara malikdir. Amma bu qüvvələrdən İrana qarşı əməliyyatlarda tam gücündə istifadə mümkünsüzdür.

Bəzi ekspertlər düşünür ki, ABŞ İraq ərazisindən İrana təcavüz edə bilər. Hansı ki, İraqdakı mövcud rejim İran hakimiyyəti ilə sıx əlaqədədir və İraq ərazisi amerikalılara qarşı hərbi meydana çevrilə bilər. İstənilən bir halda ABŞ hərbi qüvvələri İrana qarşı əməliyyatlarda böyük itkilər verəcək. Əgər İranın doğrudan da S-300 qurğuları varsa bu qurğular ABŞ qırıcıları üçün əsil problemə çevriləcək. Hətta S-300 qurğuları olmayacağı təqdirdə İranın eyni tipdə daxili istehsalı var və ABŞ-la müharibə bu qurğular üçün sınaq meydanı olacaq. ABŞ və İsrail üçün ən qorxulu olan İranın ballistik raketləridir. Bu raketlər ABŞ hərbi bazaları və
İsrail şəhərlərini məhv etməyə qadirdir. Bu səbəbdən də ABŞ öncə İranın ballistik raketlərini təsirsizləşdirməlidir. Amma bu mümkündürmü? İstənilən bir halda İrana qurudan daxil olacaq ABŞ qüvvələri öz hərb tarixində görmədiyi bir müqavimətlə rastlaşacaq. Bu müqavimət bəsic qüvvələri tərəfindən təmin olunacaq.

İran ordusunun və İnqilab Keşikçiləri Korpusunun son hərbi əməliyyatları göstərdi ki, İran regionda söz sahibidir və ABŞ qüvvələri İran hərb maşını qarşısında problemlər yaşayır. İrana qarşı hərbi əməliyyat Amerikanın varlığı üçün təhlükədir. İran raket qüvvələri öz vəzifəsini düzgün yerinə yetirərsə, ABŞ regiondakı hərbi bazalarını itirəcək və öz tarixində görünməmiş məğlubiyyət yaşayacaq. Bütün deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamayacaq və bu əməliyyatlar onun varlığı üçün bir risk olardı.
Comment