0
Monday 12 October 2009 - 08:40

SƏSİNİ KƏS! PROTOKOLLARI İMZALA

Ermənistan-Türkiyə protokollarının imzalanması mərasimində səhnə arxası olaylar.
Story Code : 13029
SƏSİNİ KƏS! PROTOKOLLARI İMZALA
Edvard Nalbandyan və Əhməd Davudoğlunun yekun çıxışlarının mətnilər bağlı qarşıya çıxan narazalıq səbəbindən az qala "imzalanma mərasimi" baş tutmayacaqdı.

Sürix Universitetində iki ölkə nümayəndələri arasında yaranan ixtilafı Rusiyanın xarici işlər naziri Sergey Lavrov aradan qaldırıb. Belə ki, mərasimdə müşahidəçi qismində iştirak edən Lavrov “Səsini kəs! Protokolları imzala və yox ol!” sözləri yazılmış kağız parçasını ermənistanlı həmkarına ötürüb.

Qeyd edək ki, hələ bir neçə ay öncə hadisələrin cərəyan etməsindən məlum olurdu ki, Ermənistan- Türkiyə münasibətlərində Rusiyanın maraqı ABŞ-dan o qədər də az deyil. 
Digər tərəfdən Fransa, İngiltərə XİN rəhbərlərilə yanaşı ABŞ-dövlət katibi Hillari Klintonun imzalama prosesində iştirakı və Rusiya Xarici İşlər nazirinin erməni həmkarına bu cür təpkisi bu ölkələr səviyyəsində məsələnin həll olduğunun göstəricisidir.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment