“Hazırda İrana qarşı hərbi müdaxilə variantından imtina etmək məcburiyyətindəyik. Çünki bu ölkə hərbi sahədə çox böyük nailiyyətlər qazanıb. Ona görə də İranın istənilən hərbi hücuma cavabı qorxunc olar və bu da İsrailin yox olması ilə nəticələnər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ prezidentinin Yaxın Şərq regionu üzrə nümayəndəsi Corc Mitçel bildirib. Onun sözlərinə görə, indiyədək İrana hərbi müdaxiləni vacib sayanların heç biri bu təkliflərini əsaslandıra bilməyiblər: "Bu məsələdə əsas diqqətə alınması məqam İrana qarşı belə bir cəhdin buraxacağı təsirdir. Belə bir hücum İranın nüvə proqramını dayandıracağına zəmanət vermir. Ən yaxşı şəkildə bu, prosesi bir müddət təxirə sala bilər”.