0
Monday 16 January 2012 - 00:23

"Ziya Məmmədova deyin ki, biz də yaşamaq istəyirik"

Story Code : 130613
"Ziya Məmmədova deyin ki, biz də yaşamaq istəyirik"
"Ziya Məmmədova deyin ki, biz də yaşamaq istəyirik"
Xəbər verdiyimiz kimi Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov lisenziyasız taksilərin Bakı yollarında fəaliyyət göstərməsinə rəsmi qadağa qoyulması ilə bağlı iki bundan öncə rəsmi məlumat vermişdi. Artıq Nəqliyyat Nazirliyinin Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi reydlər sürücülərin kəskin etirazına səbəb olub. Bu gün taksi sürücülərinin yeni qadağa ilə bağlı mövqelərini öyrənmək üçün əməkdaşlarımız paytaxt Bakıda fəaliyyət göstərən taksi sürücülərindən video reportaj alıblar. Reportajı sizlərə təqdim edirik.

Taksi sürücülərinin yeni qadağaya münasibətləri:

"Nə etməliyik. 9 dənə medalım var 30 manat pensiya alıram"

"Harada işləyək, yaşamayaq? Ziya Məmmədova deyin ki, biz də yaşamaq istəyirik"

"Hamısının 150 min dollarlıq maşınları var. 1,7 milyon dolarlıq körpünün pulunu ciblərinə qoyanda heç nə demirlər, günə 3-5 manat pul qazanan taksi sürücülərinin qazancına göz dikirlər"

"Gedib oğurluq eləməliyik?"

"Cəhənnəmə qoymasınlar?"


Source : FaktXeber
Comment